Vizual Proqramlaşdırma Kursu (No-Code)
Texniki bilik olmadan ideyanı məhsula çevirmək artıq mümkündür. NoCode dünyası bu fürsəti hər kəs üçün əlçatan edir.
Bubble.io ilə proqramlaşdırma bilmədən veb tətbiqlər qurmaq mümkündür, lakin düzgün yanaşma və sistemli öyrənmə olmadan nəticə almaq çətindir. Bu kurs sənə həm məhsul düşüncə tərzini, həm də platformanı effektiv şəkildə necə istifadə etməyi göstərəcək.

Vizual Proqramlaşdırma bubble.io - Kod bilmədən sayt və tətbiq qur!
Bubble.io ilə No-Code Proqramlaşdırma Öyrən və Kodsuz Vebsaytlar Hazırlamağa Başla
Yaxşı ideyalar kifayət etmir — onları reallaşdırmaq üçün kod bilmədən də işləyən alətlərə sahib olmaq lazımdır.
Ənənəvi proqramlaşdırma yolları bir çox gənc sahibkar və məhsul meneceri üçün əngəl yaradır. Bizim Vizual Proqramlaşdırma kursumuzda sən veb sayt və tətbiqləri sıfırdan, kod yazmadan necə qurmağı öyrənəcəksən. Bu, sənə ideyanı tez test etməyə və real layihəyə çevirməyə imkan verəcək.
Vizual proqramlaşdırma kursunda (bubble.io) nələr öyrənəcəksən:
- Bubble.io platformasında kompleks veb tətbiqlər qura biləcəksən.
Database strukturu, workflow və API bağlantılarını anlayacaqsan.
Figma dizaynlarını interaktiv sistemə çevirə biləcəksən.
Texniki komandaya ehtiyac duymadan məhsul ideyanı həyata keçirəcəksən.
Vizual proqramlaşdırma kursunu bitirdikdən sonra sən:
- İnteraktiv veb saytlar və tətbiqləri Bubble.io ilə rahatlıqla qurmağı bacaracaqsan.
- Verilənlər bazası və istifadəçi axını kimi arxa plan sistemlərini kodsuz idarə edəcəksən.
- Formlar, giriş paneli, ödəniş sistemi və digər funksiyaları rahatlıqla əlavə edə biləcəksən.
- Figma kimi dizayn alətlərindən istifadə edərək estetik interfeyslər hazırlaya biləcəksən.
- Startap və ya məhsul ideyan üçün MVP yaratmaqda vaxt və maliyyətdən ciddi qənaət edəcəksən.
Vizual Proqramlaşdırma uşaqlar üçündür yoxsa hər kəs qoşula bilər?
- Kod bilmədən texnologiya sahəsində nəsə qurmaq istəyən hər kəs üçün.
- Startap ideyası olan, amma proqramçı tapmaqda çətinlik çəkənlər üçün.
- Tətbiq və ya veb platforma yaratmaq istəyən dizayner və marketoloqlar üçün.
- Öz məhsulunu qısa zamanda bazara çıxarmaq istəyən gənc sahibkarlar üçün.
NoCode Vizual Proqramlaşdırma niyə "CodeStar"da?
Biz sənə sadəcə bir aləti yox, onunla real nəticə əldə etməyi öyrədirik. Kursumuz sənə addım-addım dəstək verir, layihəyə əsaslı yanaşma təklif edir və real problemləri həll etməyə yönəlib. Sonda sən öz platformanı sıfırdan yaradacaq qədər inam və bacarığa sahib olacaqsan. Nocode barədə podkastımıza klik edərək baxa bilərsən.
Təlim proqramı
Basics
Bu bölmədə sən ilk NoCode tətbiqini qurmaq, məlumatlarla işləmək və şərtli davranışları tətbiq etməyi öyrənəcəksən. Həmçinin səhifə naviqasiyası və “reusable” elementlərin istifadəsi praktiki şəkildə göstəriləcək.
- İlk NoCode Tətbiqin
- İlk NoCode Tətbiqin – 2
- Məlumatların Daşınması / Detallı Qruplar
- İstifadəçilər
- Mesaj Göndərək
- Conditional Behavior (“Şərtli davranış”)
- Conditional Behavior istifadə edək + Delete funksiyası
- Make Changes to Data
- Vakasiyanın datalarını dəyişək
- Conditional Workflows (Şərtli iş axınları)
- Conditional Workflows istifadə edək
- Səhifələr və Naviqasiya
- “Reusable” Elementlər
Responsive Design
Bu bölmədə isə sən dizaynın müxtəlif ekran ölçülərinə uyğunlaşdırılmasını, layout idarəsini, offset və sizing parametrlərini, həmçinin responsive layihələrin yaradılmasını öyrənəcəksən.
- Niyə “Responsive”?
- Layout
- Offset
- Sizing
- Conditional Behavior in Responsive
- Floating & Focus Groups
- Responsive Project – Landing page
- Responsive Project – Dashboard
Work with Data
Bu bölmədə tələbə databaza strukturu qurmaq, müxtəlif datatype-ları əlaqələndirmək, axtarış və filter funksionallıqları yaratmaq, həmçinin privacy rules və URL parametrlərlə işləmə bacarıqları əldə edəcək.
- Databaza strukturuna giriş
- Sadə databaza strukturu / Task Management
- Vakansiya platformamızın data strukturasını yenidən quraq
- İş Kateqoriyası əlavə edək
- Search Constraints
- İş elanları üçün axtarış sistemi düzəldək
- Connecting Multiple Datatypes
- Vakansiyalara müraciət yaradaq
- Advanced Filter
- Option Sets
- Müraciətlərin Statusu
- Custom States
- Hesab səhifəsi Custom States + Option sets
- Privacy Rules
- Privacy Rules Tənzimləyək
- URL Parametrlər
APIs / Backend Workflows
Bu bölmədə tələbə API-lərlə işləməyin əsaslarını, autentifikasiya proseslərini, JSON üzərindən POST sorğularını və backend workflows quruluşunu öyrənəcək.
- API təməllər
- API Authentication
- POST calls with simple JSON
- Backend Workflows
Domain & Deployment
Bu bölmədə tələbə layihəni domenə qoşmaq və “live” mühitə yerləşdirmə prosesini praktiki şəkildə öyrənəcək.
- Domain set up & Deployment to Live
Bütün Suallara Cavab
Vizual proqramlaşdırma öyrənmək istəyən hərkəsin ağlında olan bütün sualların cavabları 1 videoda:
Sual-Cavab
Neçə yaşdan bu kursa başlamaq olar?
12 yaşdan yuxarı hər kəs vizual proqramlaşdırmanı (bubble.io) öyrənə bilər.
Bubble.io təhlükəsizdirmi?
Bəli, Bubble.io təhlükəsiz platformadır. SSL, şifrələmə və AWS infrastrukturu kimi standart təhlükəsizlik tədbirləri mövcuddur. Amma istifadəçi olaraq sən də düzgün gizlilik qaydaları və icazələr təyin etməlisən ki, tətbiqin həqiqətən təhlükəsiz olsun.
Öz biznesimi bubble.io ilə rəqəmsallaşdıra bilərəm?
Bəli, Bubble.io ilə biznes proseslərini asanlıqla rəqəmsallaşdıra və öz veb-tətbiqini yarada bilərsən. Kod yazmadan sürətli və effektiv həllər əldə etmək üçün ideal platformadır.