Kurs bitirdin, amma iş tapa bilmirsən? Əsas səhv burdan başlayır.

Proqramlaşdırma kursunu bitirdin. Sertifikat var, layihələr etmisən, bəlkə GitHub-da da bir neçə repositoriyan var.
Amma hələ də iş tapa bilmirsən.
Bu təkcə sənin problemin deyil. Əslində bu, minlərlə gəncin yaşadığı sistematik bir problemdir.

Gəlin, açıq danışaq:
İş tapa bilməyin əsas səbəbi sadəcə “texnologiya bilməmək” deyil. Daha dərinə getsək, aşağıdakı 4 əsas səbəb ön plana çıxır:

1. İngilis dili — Texnologiyanın əsas dili

Bütün texniki sənədlər, Stack Overflow cavabları, kitablar və YouTube dərsləri — hamısı ingiliscədir.
Əgər sən Google-da “How to fix…” yaza bilmirsənsə, sən bu sahədə özünü qapalı bir otağa salırsan.

İngilis dili bilməyən biri üçün inkişaf mənbələri avtomatik bağlanır. Bu da səni başqalarından geri salır.

2. CV düzəltmək bacarığı — İlk təəssürat, son fürsət ola bilər

İşəgötürənlər hər gün onlarla CV alır. Və bir CV-yə orta baxış müddəti 6–10 saniyədir.
Bu 10 saniyədə:

  • Layihələrin varmı?
  • Real dünyaya uyğun təcrübə varmı?
  • Özünü necə təqdim etmisən?

Bunlar görünmürsə, elə orada silinirsən.

Texniki bacarıqların yaxşı ola bilər, amma təqdimatın zəifdirsə, səni kəşf etmirlər. CV yazmaq da ayrı bir bacarıqdır, öyrənilməlidir.

3. Özgüvən problemi — Psixoloji dəyərsizlik hissi

Çoxları deyir:

“Mən real layihədə işləməmişəm, məni niyə işə alsınlar ki?”
“Daha yaxşılar var, mən zəifəm…”

Bu özünü sabotaj edir. Nəticədə müsahibəyə belə müraciət etmirsən, etdikdə isə özünü zəif təqdim edirsən.

Sənə heç kim “hazırsan” deməyəcək. Bu hiss sənin içindən gəlməlidir. Öz bacarığını dəyərləndirməyi öyrənmək — iş tapmaq qədər vacibdir.

4. Yalnız əzbərçi tech stack biliyi — Düşünə bilmədən kod yazmaq

Çox kurslar sənə HTML, CSS, React öyrədir. Sadəcə copy-paste və ya dərsdə göstərilən kimi yazırsan.
Amma real işdə problem hələ o zaman başlayır — sən kodu niyə belə yazdığını bilmirsən.

Əzbərlənmiş texnologiyalar səni müsahibədə çox tez büruzə verir.
İşəgötürənlər tətbiq edən yox, anlayan adam axtarır. Düşüncə tərzi olmayan developer uzunmüddətli perspektivdə seçilmir.

Bəs çıxış yolu nədir?

Təkcə texnologiyanı yox, təfəkkürü, özünü təqdimatı və dil bacarığını inkişaf etdirməlisən.

CodeStar proqramlaşdırma kursunda bu yanaşmanı tətbiq edirik və məsləhətlərə qulaq asanlarda artıq işləyir:

  • İlk öncə C++ ilə düşüncə və təməl,
  • Paralel olaraq real layihələr,
  • CV və müsahibə hazırlığı,
  • Və hətta özgüvən və psixoloji dəstək yanaşması.

Çünki biz bilirik:
Səni işə qoyan sadəcə kod biliklərin deyil — düşüncə və təqdimatdır.