Rəqəmsal marketinq nədir və niyə bu qədər önəmlidir?
İnternet həyatımızın hər sahəsinə daxil olub. Alış-verişdən tutmuş, gündəlik xəbərlərə qədər hər şeyə onlayn formada çatırıq. Bu dəyişikliklə birlikdə, şirkətlərin müştəriyə çatmaq yolları da dəyişdi. Rəqəmsal marketinq – yəni digital marketing – bu gün brendlərin görünür olmaq, satışlarını artırmaq və müştəri ilə daha yaxın əlaqə qurmaq üçün istifadə etdiyi əsas vasitədir.
Sosial media reklamları ilə hədəf kütləni dəqiq seçmək mümkündür
Əvvəllər reklam vermək üçün televiziyaya, radioya və ya qəzetlərə pul xərcləmək lazım idi. İndi isə Facebook, Instagram, TikTok kimi platformalarda cəmi 10-20 AZN-lik büdcə ilə belə istədiyin yaş qrupuna, maraq sahəsinə və hətta bölgəyə uyğun reklam göstərə bilərsən. Bu, az büdcəli bizneslər üçün böyük üstünlükdür.
Google reklamları alıcı niyyəti olan insanlara çatır
Sosial media reklamı insana “mən burdayam” deməkdirsə, Google reklamı “sən məni axtarırdın, bax burdayam” deməkdir. Çünki insanlar Google-da axtarış edərkən artıq məhsul almaq niyyətində olurlar. Məsələn, kimsə “Bakıda uşaq üçün proqramlaşdırma kursu” yazırsa, bu şəxs artıq ciddi şəkildə axtarışdadır və düzgün optimizasiya olunmuş Google reklamı ilə ona çatmaq mümkündür.
Brend tanıtımı uzunmüddətli qazanc gətirir
Rəqəmsal marketinq təkcə satış üçün deyil, həm də marka yaddaşını gücləndirmək üçün istifadə olunur. Davamlı paylaşımlar, düzgün kontent strategiyası və aktiv sosial media fəaliyyəti ilə insanlar brendi daha çox tanıyır, güvənir və paylaşır. Bu isə zamanla müştəri sədaqəti yaradır.
Müştəri cəlb etməyin ən effektiv yolu: analiz və təkrarlama
Digital marketing-in ən gözəl tərəfi odur ki, hər şey ölçülə bilir. Reklama neçə nəfər baxdı? Neçə nəfər saytına keçdi? Kimlər səbətə məhsul əlavə edib, amma almayıb? Bütün bu məlumatlar əsasında növbəti kampaniyaları daha ağıllı planlaşdırmaq və nəticəni artırmaq mümkündür.
Əgər sən də öz biznesini böyütmək və onlayn satışlarını artırmaq istəyirsənsə, rəqəmsal marketinqə yatırım etmək vaxtıdır. Sadəcə paylaşmaq yox, strateji düşünmək dövrüdür.
“Rəqəmsal marketinq kampaniyanı birlikdə qurmaq istəyirsənsə, bizimlə əlaqə saxla!”