Qubadan Microsoft-a gedən yol: Əfsanə Kərimova ilə Alqoritm, Müsahibə və Uğur Hekayəsi

Microsoft-da işləmək bir çox proqramçı üçün arzu olunan hədəfdir. Bəs bu hədəfə Qubanın kiçik bir kəndindən çıxaraq çatmaq mümkündürmü? Əfsanə Kərimova deyir ki, bəli – və özü bunun canlı sübutudur.

Bu podkastımızda biz Əfsanə xanım ilə onun Microsoft-a qəbul prosesi, texniki müsahibələrdə alqoritmlərin rolu, və təhsil sistemindən kənarda özünü necə inkişaf etdirdiyi haqqında danışdıq.

🎧 Podkastı buradan izləyə bilərsiniz:
Qubadan Microsoft-a | Əfsanə Kərimova ilə podkast



Alqoritmlər və Təməl Biliklər – Microsoft yolunun açarı

Əfsanə Kərimova Microsoft-da işə qəbul olarkən algoritm sualları üzərindən ciddi mərhələlərdən keçib. O, bu mərhələlərin öhdəsindən yalnız “nəyi necə kodlaşdırmalıyam?” sualını yox, “problemi necə düşünməliyəm?” sualını cavablandıraraq gəlib çıxıb.

Bu söhbət sübut edir ki:

  • Alqoritmlər yalnız müsabiqələr üçün deyil — karyera qapılarının açarıdır
  • Təməl proqramlaşdırma bilikləri olmadan yeni texnologiyalar öyrənmək dayanıqlı olmur
  • Regionda yaşamaq uğur üçün əngəl deyil, əksinə, motivasiya ola bilər

Əfsanənin hekayəsi göstərir ki, istək və əzm olduqdan sonra heç nə mümkünsüz deyil. Kənddən çıxıb Microsoft-a qədər uzanan bu yol hər kəsə ilham verməlidir. Əsas olan, doğru yöndə başlamaq və davamlı çalışmaqdır. Alqoritmləri öyrənmək isə bu yolun ən vacib addımlarından biridir.