Machine Learning Kursu
CodeStar-da tədris olunan Machine Learning kursu ilə statistikadan maşın öyrənməsi modellərinə qədər sən bu kursda verilənləri necə oxumağı, onlardan necə proqnoz qurmağı və avtomatik qərarlar verməyi öyrənəcəksən.
Bu machine learning kursunda hər mövzu real həyat problemləri və biznes case-lərlə tamamlanır. Sən artıq nəzəriyyəni yox, tətbiqi biliyi öyrənəcəksən.

Machine Learning - sıfırdan başlayaraq maşınlara düşünməyi öyrət!
Machine Learning kursu - Gələcəyin peşəsini CodeStar-da öyrən!
Data və süni intellekt sahəsində karyera qurmaq istəyirsənsə, machine learning kursu sənin üçün ən doğru seçimdir. Bu kursda sıfırdan başlayaraq real layihələr üzərində işləməklə həm nəzəri bilik, həm də praktik bacarıqlar qazanacaqsan.
Ənənəvi metodlarla qərarvermə artıq kifayət etmir. Şirkətlər sürətlə dəyişən bazar şərtlərinə uyğunlaşmaq və rəqiblərindən öndə olmaq üçün avtomatlaşdırılmış, proqnozlaşdırıcı sistemlərə ehtiyac duyur. CodeStar-ın Machine Learning telimi sənə yalnız alqoritmləri başa salmayacaq, həm də onları real həyatda tətbiq edərək dəyər yaratmağı öyrədəcək. Bu biliklərlə sən AI dövründə ön sırada yer alacaqsan.
Machine Learning kursunda nələr öyrənəcəksən:
Lineer və logistik regresiya modelləri
KNN, Decision Trees, Random Forest və SVM alqoritmləri
Data preprocessing və feature engineering
Model validasiyası, error ölçüləri və optimallaşdırma
Sklearn, Pandas, Matplotlib kitabxanaları ilə praktika
Machine Learning Təlimini bitirdikdən sonra sən:
- Verilənlər üzərində model qurmağın əsas prinsiplərini dərindən anlayacaqsan.
- Ən çox istifadə olunan Machine Learning alqoritmlərini tətbiq etməyi bacaracaqsan.
- Python və Scikit-learn kimi alətlərlə işləyərək, proqnozlar verən sistemlər quracaqsan.
- Overfitting, underfitting, model selection kimi anlayışlarla işləməyə hazır olacaqsan.
- Əldə etdiyin nəticələri vizual şəkildə təqdim etmə və izah etmə bacarığın inkişaf edəcək.
- ML modellərindən istifadə edərək satışları artırmaq, riskləri azaltmaq və istifadəçi davranışlarını analiz etmək kimi real biznes problemlərini həll edəcəksən.
Machine Learning kursu kimlər üçün uyğundur?
- Machine Learning sahəsinə marağı olan və sıfırdan öyrənmək istəyən hər kəs üçün.
- Hal-hazırda developer və ya analitik kimi çalışan, texniki biliklərini yeni səviyyəyə daşımaq istəyənlər üçün.
- Data Science sahəsində ixtisaslaşmaq istəyənlər və öz CV-sini daha rəqabətli etmək istəyənlər üçün.
- Startap qurmaq və ya texnologiya sahəsində məhsul inkişaf etdirmək istəyən gənc beyinlər üçün.
Niyə "CodeStar"da Machine Learning kursu?
Çünki, biz sadəcə nəzəriyyə deyil, real iş dünyasında tətbiq olunan praktik biliklər təqdim edirik. Yüksək keyfiyyətli video dərslər, fərdi dəstək və fərqli öyrənmə sürətlərinə uyğun proqramımızla sən bazarda axtarılan data analitiki olacaqsan.
Həmçinin CodeStar sizə Machine Learning təliminə təqaüdlə qatılmaq şansı təklif edir. Bizimlə gələcəyin açarını əldə et!
Sual-Cavab
Machine Learning nədir və harada istifadə olunur?
Machine Learning (ML) — kompüterlərin açıq şəkildə proqramlaşdırılmadan öyrənməsinə və təcrübədən nəticə çıxarmasına imkan verən bir süni intellekt sahəsidir. Maliyyə, səhiyyə, marketinq, texnologiya, istehsal və bir çox sahədə tətbiq olunur: məhsul tövsiyə sistemləri, xəstəlik proqnozu, satış analizləri, chatbotlar və s.
Machine Learning öyrənmək üçün hansı proqramlaşdırma dilləri vacibdir?
Machine Learning öyrənmək üçün ən vacib proqramlaşdırma dilləri Python və R-dir. Python geniş kitabxanaları (TensorFlow, PyTorch, scikit-learn) və sadə sintaksisi ilə ən populyar seçimdir. R isə statistik analiz və data vizualizasiya üçün güclüdür. Bundan əlavə, bəzi hallarda Java, C++ və Julia da istifadə olunur, amma başlanğıc üçün Python ən məsləhətlidir.
Qrupda neçə tələbə olur?
Video dərsliklər olduğu üçün hər kəs fərdi qaydada öz sürətinə uyğun davam edir. Sualları isə həm online (Zoom), həm də oflayn şəkildə praktika dərsində cavablanır.
Bütün Suallara Cavab
Machine Learning öyrənmək istəyən hərkəsin ağlında olan bütün sualların cavabları 1 videoda: