Linkedin | CV | İş İntervüsü məsələlərində əgər bacarıqlı deyilsənsə bu sənin üçündür

Gəncsən. Motivasiya var. Kursa yazılmısan və ya YouTube-dan öyrənməyə başlamısan. Amma içində bir səs var:
“Mən hələ tam bacarmıram. Hələ hazır deyiləm. Gözləyim bir az da öyrənim.”

Əslində bu, çoxlarının içində gizlənən fərqli formada qorxudur.
Qorxuruq:

  • İşə müraciət edib “yox” cavabı almaqdan
  • LinkedIn-də aktiv olub, heç kimdən cavab gəlməməsindən
  • Və ən əsas da: özümüzə etiraf etməkdən ki, bəlkə də artıq hərəkətə keçməliyik

Halbuki problem bacarıqlı olmamağında deyil. Problem heç nə etmədən gözləməkdədir.

Nə qədər öyrənsən də, hərəkətsizsənsə, nəticə yoxdur

Ətrafında səndən zəif olan, amma artıq freelancer kimi işləyən, ya da şirkətə girən biri var?
Onun ən böyük üstünlüyü — başlayıb.
O özünü hazır saymasa da, risk edib addım atıb.

Əslində özünü hazır hiss etmədən başlamaq uğurun açarıdır.

Bəs indi nə etməli?

Əgər sən də bu hissləri yaşayırsansa, indi bu sadə 3 addımı at:

  1. LinkedIn profilini düzəlt — boş da olsa, aç, düzəlt, paylaş. Təcrübə yazmaq vacib deyil. Sən öyrənmək yolundasan.
  2. 1 real layihə bitir və paylaş — portfolio yalnız dizaynerlər üçün deyil. Proqramçı da etdiyini paylaşmalıdır.
  3. İş müraciəti et və imtinalardan qorxma — iş tapmaq 100 müraciətdən 5 cavabla başlayır.

Yekun: Gözləmə. Hərəkət et.

2025-ci il dəyişiklik ili ola bilər. Amma bu nə qədər bilirsən ilə yox, nə qədər addım atırsan ilə ölçüləcək.

Unutma, sən artıq bacarıqlısan. Amma bacarıqlı olmaq yetmir — indi hərəkət etməlisən.

CodeStar olaraq biz də proqramlaşdırmanı öyrətməkdən daha çox, tələbələrimizi real həyata hazırlaşdırırıq. Əvvəlcə təməl, sonra texnologiya — metodumuz budur.
👉 CodeStar haqqında ətraflı öyrən

Hələdə düşünürsən və özünü hazırlıqsız hiss edirsənsə o güvənlik hissi ya çox gec gələcək yada bəlkə gəlməyəcək odur ki, sən hərəkətə keçib nələrisə dəyişməli, öz həyatına cavabdehliyi götürməlisən. Əks halda uğurlu insanlara baxıb həyatını elə də keçirəcəksən!

Ruhdan düşmə sən hər şeyə qadirsən sadəcə özünə icazə ver…