RFO İnformatika Kursu
CodeStar-da tədris olunan RFO İnformatika kursu zamanı alqoritmlərdən C++ və Python proqramlaşdırmaya, data strukturlarından real olimpiada tapşırıqlarına qədər həm nəzəri biliklər, həm də intensiv praktika ilə dolu dərslər sənə məsələləri analiz etməyi, optimal həll qurmağı və yarış mühitində düzgün strategiya tətbiq etməyi öyrədəcək. İstər Respublika Fənn Olimpiadasına hazırlaş, istər gələcəkdə IT sahəsində karyera planlaşdır, RFO informatika hazırlığı ilə güclü təməl və üstünlük əldə edəcəksən.
Kursa təqaüd qazanaraq qoşulmaq istəyirsənsə elə indi müraciət et! 👇🏻
RFO İnformatika üzrə Yüksək Nəticəyə Aparan Sistemli Hazırlıq
Sadəcə proqramlaşdırma bilmək kifayət deyil — əgər olimpiada məntiqini, alqoritmik düşüncəni və düzgün həll strategiyalarını bilmirsənsə, yüksək nəticə əldə etmək çətin olacaq.
Plansız hazırlıq, zəif təməl bilik və praktikanın azlığı şagirdlərin RFO informatika mərhələlərində uğursuz olmasına səbəb olur.
Ən yüksək nəticə göstərən şagirdlər sistemli şəkildə hazırlaşır, düzgün metodika ilə işləyir və real olimpiada tapşırıqları üzərində praktika edir.
Bu RFO İnformatika kursu sənə Respublika Fənn Olimpiadasına hazırlıq üçün lazım olan alqoritm biliklərini, proqramlaşdırma bacarıqlarını və yarış strategiyalarını addım-addım öyrədir.
RFO İnformatika Təlimində Nələr Öyrənəcəksən?
RFO İnformatika təlimində aşağıdakı bilikləri əldə edəcəksən
Alqoritmlər və məntiqi düşüncə üzrə fundamental biliklər
C++ və ya Python ilə olimpiada tipli tapşırıqların yazılması
Data strukturları (array, string, stack, queue, tree, graph) və onların tətbiqi
Respublika Fənn Olimpiadası üçün yarış strategiyası və vaxt idarəetməsi
RFO İnformatika kursunu bitirdikdən sonra sən:
Alqoritmləri sistemli şəkildə qurmaq və mürəkkəb məsələləri optimal həll etmək bacarığına sahib olacaqsan.
C++ və ya Python ilə olimpiada tipli tapşırıqları sürətli və düzgün şəkildə yaza biləcəksən.
Data strukturlarından effektiv istifadə edərək vaxt və yaddaş limitlərini düzgün idarə edəcəksən.
Respublika Fənn Olimpiadasında vaxt bölgüsünü düzgün apararaq maksimum nəticə əldə edəcəksən.
Güclü məntiqi və analitik düşüncə ilə gələcək proqramlaşdırma və IT karyeran üçün möhkəm təməl quracaqsan.
RFO İnformatika Kursu kimlər üçün uyğundur?
RFO İnformatika kursu Respublika Fənn Olimpiadasına hazırlaşmaq, alqoritm və proqramlaşdırma biliklərini gücləndirmək istəyən şagirdlər üçün uyğundur. Bu təlim həm sıfırdan başlayanlara, həm də mövcud biliklərini dərinləşdirərək yüksək nəticə hədəfləyənlərə yönəlib.
✅ RFO informatika üzrə yeni başlayan və bu sahədə biliklərini artırmaq istəyən şagirdlərə.
✅ Məntiqi düşüncə və alqoritm bacarıqlarını inkişaf etdirmək istəyən məktəblilərə.
✅ C++ və ya Python proqramlaşdırmanı öyrənərək olimpiada tipli tapşırıqları həll etmək istəyənlərə.
✅ Gələcəkdə IT, kompüter elmləri və mühəndislik sahəsində oxumağı planlayanlara.
✅ Respublika Fənn Olimpiadasında yüksək nəticə və fərqlənmə hədəfləyən hər kəs üçün.
Niyə "CodeStar"da RFO İnformatika?
Çünki biz sadəcə nəzəri proqramlaşdırma deyil, real Respublika Fənn Olimpiadası (RFO) tapşırıqları üzərində qurulmuş praktik və sistemli hazırlıq təqdim edirik. Yüksək keyfiyyətli dərslər, intensiv tapşırıq həlli və fərdi yanaşma ilə sən alqoritm və proqramlaşdırma bacarıqlarını gücləndirərək RFO-da yüksək nəticə əldə edə biləcəksən.
Həmçinin CodeStar sənə RFO İnformatika kursuna təqaüdlə qatılmaq imkanı təqdim edir. Bizimlə olimpiadada fərqlən və gələcəyin IT uğurunun təməlini qur!
Bütün Suallara Cavab
RFO informatika öyrənmək istəyən hərkəsin ağlında olan bütün sualların cavabları 1 videoda:
Sual-Cavab
RFO informatika tədrisi kimlər üçün nəzərdə tutulub?
RFO proqramı 5–11-ci sinif şagirdləri üçün nəzərdə tutulub və informatikanı həm məktəb səviyyəsində, həm də olimpiada və imtahan yönümlü şəkildə öyrənmək istəyənlər üçün uyğundur.
Dərslər hansı səviyyədən başlanır? Əvvəlcədən bilik lazımdırmı?
Xeyr. Tədris sıfır səviyyədən başlayır. Şagirdlərin əvvəlcədən proqramlaşdırma və ya informatika biliyinin olması tələb olunmur.
Tədris proqramına hansı mövzular daxildir?
Proqram çərçivəsində alqoritmlər, məntiq, proqramlaşdırmanın əsasları, informatika olimpiada tapşırıqları və praktiki məşqlər öyrədilir.
Dərslər hansı formatda keçirilir? (online / offline)
Dərslər həm online, həm də offline formatda keçirilir. Şagirdlər valideynin və öz seçimlərinə uyğun formatı seçə bilərlər.
Bir kursun müddəti nə qədərdir?
Kursun müddəti şagirdin səviyyəsindən asılı olaraq dəyişir. Orta hesabla 3–6 ay ərzində əsas informatika bilikləri formalaşdırılır.
Dərslərə necə qeydiyyatdan keçmək olar?
Qeydiyyat üçün sayt üzərindən müraciət edə və ya birbaşa bizimlə əlaqə saxlaya bilərsiniz.