Java Backend nədir? Necə öyrənmək olar? 2025 Bələdçisi

java backend nedir

Proqramlaşdırmaya başlayanların çoxu “Frontend” və “Backend” sözlərini eşidir, amma bu anlayışların fərqi çox vaxt aydın olmur. Bu yazıda Java Backend nədir, hansı işləri görür, backend developer olmaq üçün nə öyrənmək lazımdır6 ayda necə hazırlaşmaq olar, sadə dildə izah edəcəyik.

Backend Development Nədir?

Backend” veb sayt və ya mobil tətbiqin istifadəçinin görmədiyi hissəsidir. Məsələn, istifadəçi sifariş verdikdə, məlumatın serverə getməsi, verilənlər bazasında qeyd olunması və istifadəçiyə düzgün cavabın gəlməsi, bunların hamısı backend hissədə baş verir.

Java Backend nədir?

Java isə bu backend hissəni yazmaq üçün istifadə olunan ən məşhur dillərdən biridir. Xüsusilə banklar, iri korporasiyalar və enterprise sistemlər Java-ya üstünlük verir, çünki bu dil:

  • Sabit və təhlükəsizdir
  • Çox böyük sistemlər üçün uyğundur
  • Obyekt yönümlü proqramlaşdırma prinsipinə əsaslanır
  • On minlərlə developer tərəfindən dəstəklənir

Java Backend Developer nə iş görür?

Bir Java backend developer aşağıdakı işləri yerinə yetirir:

  • Server hissədə məlumatların işlənməsi
  • API-lərin yaradılması (məsələn, mobil tətbiqlə backend arasında əlaqə)
  • Verilənlər bazası ilə işləmək (MySQL, PostgreSQL və s.)
  • Məlumat təhlükəsizliyi, autentifikasiya sistemləri (login, qeydiyyat və s.)
  • Sistemlərin performans və optimizasiyası

Java Backend hansı texnologiyalardan istifadə olunur?

Java Backenddə bir çox texnologiyadan istifadə olunur, ən çox istifadə olunan və yayılan texnologiyalardan bəziləri isə aşağıdakılardır:

  • Java (dil)
  • Spring Boot (framework)
  • REST API / JSON
  • PostgreSQL / MongoDB
  • Git, Docker və s.

 

Java Backend-i 6 ayda necə öyrənmək olar?

Biz CodeStar olaraq əsasən təməl proqramlaşdırmadan sonra məsləhət görürük ki Java kursuna başlasın tələbələrimiz və bəli təməl bilgisi olan tələbə 6 aya bu kursu bitirə bilər və çox rahat şəkildə. Çünki təməlləri C++ da öyrənən tələbə üçün Java sintaksisi çox rahat gəlir və texnologiya öyrənməsində çətinliklə qarşılaşmır. Java Backend Kursu ilə bağlı daha detallı məlumat almaq istəyirsən səhifəmizə keçid edib baxa bilərsən.

 

Ən çox verilən suallar

Java backend öyrənməyə başlamaq üçün ilkin biliklər nələrdir?

Java backend öyrənməyə başlamaq üçün əvvəlcə əsas Java sintaksisi, OOP prinsipləri (Object Oriented Programming)HTML, CSS, SQL kimi baza biliklərə sahib olmaq vacibdir.

 
 
 
 
 
Java backend developer olmaq üçün ingilis dili bilikləri vacibdirmi?

Bəli, əsas terminləri və proqramlaşdırma sənədlərini anlamaq səviyyəsində texniki ingilis dili bilikləri backend inkişafında böyük üstünlük yaradır.

 
 
 
 
 
Junior Java backend developer olmaq üçün hansı bacarıqlar vacibdir?

Junior Java backend developer üçün Java dilində möhkəm təməl, Spring Boot, SQL sorğuları, REST API yaradılması, və Git versiya nəzarəti əsas bacarıqlardır. Əlavə olaraq, problem həll etmə bacarığıkomanda ilə işləmə vərdişləri işə qəbulda çox dəyərlidir.

 
 
 
 
 
Java backend öyrəndikdən sonra hansı iş imkanları yaranır?

Java backend öyrəndikdən sonra backend developer, software engineer, və ya full-stack developer kimi vəzifələrdə işləmək mümkündür. Bu sahə üzrə  bank sektoru, e-commerce, və startup şirkətlərində Java backend developerlara daim tələb var.

 
 
 

Digər kurslarımız