Java Backend nədir? 6 ayda necə öyrənmək olar? [2025 Bələdçisi]

Proqramlaşdırmaya başlayanların çoxu “Frontend” və “Backend” sözlərini eşidir, amma bu anlayışların fərqi çox vaxt aydın olmur. Bu bloqda Java Backend nədir, hansı işləri görür, backend developer olmaq üçün nə öyrənmək lazımdır6 ayda necə hazırlaşmaq olar, sadə dildə izah edəcəyik.


Java Backend nədir?

“Backend” – veb sayt və ya mobil tətbiqin istifadəçinin görmədiyi hissəsidir. Məsələn, istifadəçi sifariş verdikdə, məlumatın serverə getməsi, verilənlər bazasında qeyd olunması və istifadəçiyə düzgün cavabın gəlməsi – bunların hamısı backend hissədə baş verir.

Java isə bu backend hissəni yazmaq üçün istifadə olunan ən məşhur dillərdən biridir. Xüsusilə banklar, iri korporasiyalar və enterprise sistemlər Java-ya üstünlük verir, çünki bu dil:

  • Sabit və təhlükəsizdir
  • Çox böyük sistemlər üçün uyğundur
  • Obyekt yönümlü proqramlaşdırma prinsipinə əsaslanır
  • On minlərlə developer tərəfindən dəstəklənir

Java Backend Developer nə iş görür?

Bir Java backend proqramçısı aşağıdakı funksiyaları yerinə yetirir:

  • Server hissədə məlumatların işlənməsi
  • API-lərin yaradılması (məsələn, mobil tətbiqlə backend arasında əlaqə)
  • Verilənlər bazası ilə işləmək (MySQL, PostgreSQL və s.)
  • Məlumat təhlükəsizliyi, autentifikasiya sistemləri (login, qeydiyyat və s.)
  • Sistemlərin performans və optimizasiyası

Ən çox istifadə olunan texnologiyalar:

  • Java (dil)
  • Spring Boot (framework)
  • REST API / JSON
  • PostgreSQL / MongoDB
  • Git, Docker və s.

Java Backend-i 6 ayda necə öyrənmək olar?

Biz CodeStar olaraq əsasən təməl proqramlaşdırmadan sonra məsləhət görürük ki Java kursuna başlasın tələbələrimiz və bəli təməl bilgisi olan tələbə 6 aya bu kursu bitirə bilər və çox rahat şəkildə. Çünki təməlləri C++ da öyrənən tələbə üçün Java sintaksisi çox rahat gəlir və texnologiya öyrənməsində çətinliklə qarşılaşmır.