Biz Azərbaycanda xaricdəki mütəxəssislə eyni səviyyədə olan kadrları yetişdiririk

Rəqəmlərdə ifadə etsək:

0 +

İl

0 +

Aktiv tələbə

0 +

Məzun

Missiyamız

Azərbaycanda proqramlaşdırma tədrisi çox vaxt yalnız texnologiya öyrətməklə məhdudlaşır. Biz isə inanırıq ki, hər bir insan düzgün təməl və yanaşma ilə bu sahədə real nəticə əldə edə bilər.
CodeStar olaraq məqsədimiz sadəcə kurs keçmək yox, tələbələrə düşünməyi, problem həll etməyi və gələcəyin peşələrinə uyğunlaşmağı öyrətməkdir. Biz təhsili daha əlçatan, keyfiyyətli və fərdi hala gətiririk.

Komandamız

Sənan İbrahimov

Co-Founder

Rüstəm Atakişiyev

Co-Founder

Tələbələr haqqımızda nə deyirlər?

Bu kursların əsas üstünlüyü ondan ibarətir ki, onlar proqramlaşdırmanın əsaslarını öyrədir və izah edir ki, bu da digər proqramlaşdırma dillərini ən qısa müddətdə öyrənmək üçün böyük imkan yaradır. Bu kursların təsisçisi Rüstəm Atakişiyevə öz təşəkkürümü bildirirəm.

Qədir Kazımov

Kimyaçı, Laborant

Fərqli sektorda olan işimlə paralel olaraq bu kursda təməl proqramlaşdırmanı öyrənirəm. Əzbərləmək mənlik deyil deyə başa düşməliyəm əks halda heçnə yadımda qalmır. Ona görə də sintaksis əzbərləmək yerinə alqoritmləri seçdim və heç də seçimimdən peşman deyiləm. Təşəkkür Rüstəm müəllim.

Səbinə Qasımova 

Layihə Mühəndisi

Bu proqramlaşdırma kursu mənə nəinki nəzəri biliklər əldə etməyi, həm də onu birbaşa praktikada tətbiq etməyə imkan verdi. Bundan əlavə kurslar çox çevik və mənim iş qrafikimə uyğun idi.Bunun sayəsində öz sürətimlə işləyə bildim. Təşəkkür CodeStar

Cavidan Bəhrəmli

Rəqəmsal Marketinq üzrə mütəxəssis