Data Science, Süni İntellekt (AI) və Maşın Öyrənməsi (ML): XXI əsrin ən real fürsəti
Bugün dünyada hər şey “data” üzərində qurulub. Sən fərqinə varmadan telefonun, kartın, sosial şəbəkədə atdığın hər addım bir data nöqtəsinə çevrilir. Və bu məlumatların içində elə nümunələr, ehtimallar və fürsətlər var ki, onları yalnız Data Scientistlər görə bilir.
Biz sonuncu YouTube videomuzda Data Science, Machine Learning və Süni İntellektin necə işlədiyini, real nümunələrlə və çox sadə dildə izah etdik. Hədəfimiz bir şeyi göstərmək idi:
Bu sahə artıq gələcək deyil — bugünün özüdür.
Niyə bu sahəni öyrənmək bu qədər vacibdir?
- İş imkanları çoxdur və artmaqdadır.
Data Analitik, ML Engineer, AI mütəxəssisi — bu adlar artıq LinkedIn-də ən çox axtarılan ixtisaslar sırasındadır. - Texnologiya yönünü bilməyən mütəxəssislər artıq köhnəlmiş sayılır.
Mühasibatdan tutmuş marketinqə qədər — hər yerdə data oxuya bilən insanlara ehtiyac var. - Sıfırdan öyrənmək mümkündür.
Əgər sən də riyaziyyatdan və ya proqramlaşdırmadan uzaq biri olduğunu düşünürsənsə, narahat olma. Data Science sahəsində çoxlarının başlanğıcı eyni olub.

Bəs necə başlayım?
CodeStar olaraq bu sahəni öyrənmək istəyənlər üçün aşağıdakı kimi pilləli yanaşma təklif edirik:
- Əvvəlcə təməl proqramlaşdırma
- Sonra data ilə işləmə bacarığı (pandas, numpy) Python
- Ardınca isə machine learning və AI əsasları
📌 Sən də bu sahəyə doğru başlamaq istəyirsənsə, bizim YouTube videomuzu izləməklə ilk addımı ata bilərsən, çünki Rüstəm Atakişiyev ekspert proqram təminatı mühəndisi, həmçinin İtaliyada yerləşən Allelica şirkətində baş Machine Learning mühəndisi və tətbiqi riyaziyyatçı kimi təcrübəyə malikdir.
Yekun olaraq:
Data Science sadəcə texnoloji trend deyil — o, sənə gələcəyi dəyişmək imkanı verir.