Data Analitika Kursu
CodeStar-da tədris olunan Data Analitika kursu zamanı Excel-dən SQL-ə, Power BI-dan Python-a qədər həm texniki alətlər, həm də real biznes layihələri ilə dolu dərslər sənə verilənləri başa düşməyi, analiz etməyi və dəyərləndirməyi öyrədəcək. İstər maliyyə, istər marketinq, istərsə də digər bir sahə üzrə çalış, data analitika bacarıqları ilə sən qərarların arxasında duran gücə çevriləcəksən.
Kursa təqaüd qazanaraq qoşulmaq istəyirsənsə elə indi müraciət et! 👇🏻

İş Dünyasında Data ilə Məlumat Verməyi Öyrədən Praktik Data Analitika Kursu
Qeyri-dəqiq data analitika və natamam hesabatlar şirkətlərin vaxt, büdcə və fürsətlərini əhəmiyyətli dərəcədə itirməsinə səbəb olur. CodeStar-da Data Analitika kursu sənə yalnız məlumatları toplamağı deyil, datanı effektiv biznes strategiyalarında istifadə etməyi öyrənəcəksən. Bu, sənə bazarda rəqabət üstünlüyü qazandıracaq.
Qeyri-dəqiq data analitika və natamam hesabatlar şirkətlərin vaxt, büdcə və fürsətlərini əhəmiyyətli dərəcədə itirməsinə səbəb olur. CodeStar-da Data Analitika kursu sənə yalnız məlumatları toplamağı deyil, datanı effektiv biznes strategiyalarında istifadə etməyi öyrənəcəksən. Bu, sənə bazarda rəqabət üstünlüyü qazandıracaq.
Data Analitika Təlimində Nələr Öyrənəcəksən?
Bu data analitika təlimində aşağıdakı bilikləri əldə edəcəksən
Excel və Google Sheets ilə təməl data analizi
SQL ilə məlumat bazaları üzərində sorğular yazmaq
Power BI və Tableau ilə vizual hesabatlar hazırlamaq
Python ilə məlumat təmizləmə və analitik skriptlər yazmaq
Data Analitika Kursunu bitirdikdən sonra sən:
- Məlumatları sistemli şəkildə toplamaq və təmizləməkdə mütəxəssis olacaqsan.
- Geniş statistik analizlə şirkətinin fəaliyyətini optimallaşdıracaqsan.
- Python və Excel kimi alətlərlə data axınlarını idarə edib, hesabatları avtomatlaşdıracaqsan.
- Vizual analitika vasitəsilə məlumatları anlaşılan və cəlbedici formada təqdim edəcəksən.
- Data əsaslı qərarlarla biznesin gəlirini artıracaq və riskləri minimuma endirəcəksən.
Data Analitik Kursu kimlər üçün uyğundur?
Data analitik kursu məlumatlarla işləməyi öyrənmək, karyerasını analitika və ya data science sahəsində qurmaq istəyənlər üçün uyğundur. Bu təlim həm yeni başlayanlara, həm də mövcud biliklərini dərinləşdirmək istəyən mütəxəssislərə uyğundur.
✅ Data analitikaya yeni başlayanlar və bu sahədə biliklərini artırmaq istəyən peşəkarlara.
✅ Marketinq, satış və məhsul menecmenti sahəsində çalışanlara, data ilə daha ağıllı işləməyi öyrənmək istəyənlər üçün.
✅ Biznesdə rəqəmsallaşmaya və məlumat əsasında inkişaf etmək istəyən sahibkarlara.
✅ Rəqəmsal transformasiyada aktiv rol almaq istəyən hər kəs üçün.
Niyə "CodeStar"da Data Analitika?
Çünki, biz sadəcə nəzəriyyə deyil, real iş dünyasında tətbiq olunan praktik biliklər təqdim edirik. Yüksək keyfiyyətli video dərslər, fərdi dəstək və fərqli öyrənmə sürətlərinə uyğun proqramımızla sən bazarda axtarılan data analitiki olacaqsan.
Həmçinin CodeStar sizə data analitika təliminə təqaüdlə qatılmaq şansı təklif edir. Bizimlə gələcəyin açarını əldə et!
Təlim proqramı
Python Programming
Bu bölmədə sən proqramlaşdırmanın əsaslarını öyrənəcəksən: Python-un sintaksisi, dəyişənlər, məlumat tipləri, operatorlar, siyahılar və lüğətlər kimi strukturlaşdırılmış verilənlər, şərt operatorları, dövrlər və funksiyalar. Sonda obyekt yönümlü proqramlaşdırma (OOP) anlayışları ilə tanış olacaqsan.
Data Anaylsis with Python
Bu bölmədə tələbə verilənlərin emalı və təhlili üzrə bacarıqlar əldə edəcək: məlumatı yükləmək, təmizləmək, Pandas və NumPy ilə işləmək, məlumatları qruplaşdırmaq və statistik analiz aparmaq. Eyni zamanda, müxtəlif kitabxanalar vasitəsilə məlumatların vizuallaşdırılması və interaktiv dashboardlar yaratmağı öyrənəcək.
- Importing and cleaning
- Grouping and analysis of data
- Data Visualization
Statistics with Python
Burada sən ehtimal nəzəriyyəsinin əsaslarını, müxtəlif paylanmaları (normal, binomial və s.), nümunə və baş toplanış fərqini, etibar intervalını və hipotez yoxlanışı üsullarını öyrənəcəksən. Yəni statistikaya əsaslanaraq nəticələr çıxarmağı və testlər aparmağı bacaracaqsan.
- Probability Theory
- Distributions and Hypothesis
Excel
Bu bölmədə sən məlumatların idarə olunması və formatlanması, PivotTable və qrafiklərlə işləmə, interaktiv dashboard qurma və inkişaf etmiş Excel formulları ilə hesablama aparma bacarıqlarını öyrənəcəksən.
- Manage and format data
- Manage advanced charts and dashboards
- Create advanced formulas
Power BI
Bu modul sənə verilənlərin vizual analizi üçün müasir BI alətini öyrədəcək. Məlumatların Power Query ilə təmizlənməsi, model qurulması, vizuallaşdırma, DAX funksiyaları ilə ölçülərin yaradılması və nəticədə interaktiv dashboardların hazırlanıb paylaşılması praktikasını əhatə edir.
- Introduction to Power BI desktop and Power Query
- Operations with Power Query
- Data modeling and Report view
- Data Analysis Modul 3 Expressions and Power BI Service
SQL
Bu bölmədə artıq sən məlumat bazaları ilə işləmək üzrə biliklər əldə edəcəksən: sorğular yazmaq, məlumatı seçmək, filtrləmək, cədvəlləri birləşdirmək, məlumat üzərində dəyişiklik aparmaq və struktur idarəsini öyrənəcəksən. Beləliklə, məlumat bazası idarəetməsinin əsas prinsiplərinə yiyələnəcəksən.
- SQL basics and important functions
- Managing changes on data
- Operations on the data structure
Bütün Suallara Cavab
Data Analitika öyrənmək istəyən hərkəsin ağlında olan bütün sualların cavabları 1 videoda:
Sual-Cavab
Data analyst olmaq üçün hansı dili öyrənmək lazımdır?
Əsasən SQL və Python kifayət edir. SQL ilə məlumat bazalarına sorğular göndərilir, Python isə məlumatların təmizlənməsi və analizində istifadə olunur.
Data Analitika kursunu öyrənmək üçün neçə ay lazımdır?
Data Analitika kursunu tam mənimsəmək üçün adətən 6 ay tələb olunur. Bu müddət sənin əvvəlki biliklərinə, öyrənmə sürətinə və dərslərə ayırdığın vaxta görə dəyişə bilər. Kursumuz fərdi irəliləyişə uyğun qurulduğu üçün sən öz tempində öyrənə bilərsən.
Data Analitika mühəndisləri harda işləyə bilər?
Data Analitika mühəndisləri müxtəlif sahələrdə işləyə bilərlər: maliyyə, marketinq, səhiyyə, texnologiya, pərakəndə satış, telekommunikasiya və dövlət sektorunda. Onlar şirkətlərin verilənləri təhlil edib, qərarvermə prosesini gücləndirən analizlər və hesabatlar hazırlayırlar. Həmçinin, startaplar və böyük korporasiyalarda da tələb olunur.
Data Analitik olmaq üçün əvvəlcədən hansı təcrübə tələb olunur?
Təcrübə tələb olunmur, çünki Data Analitika kursumuz tamamilə sıfırdan başlayanlar üçün hazırlanıb. Kurs zamanı ən əsas anlayışlardan başlayaraq addım-addım praktik bacarıqlar əldə edəcəksiniz. Hər kəs rahatlıqla öyrənə və bu sahədə peşəkar səviyyəyə çatmaq üçün lazım olan bilikləri qazana bilər.