CodeStar proqramçıları Andersen imtahanında uğur qazandı – biri artıq Team Lead-dir.

Son illər Azərbaycanın gənc proqramçıları beynəlxalq IT şirkətlərində uğur qazansa da, CodeStar tələbələrinin Andersen şirkətində qazandığı nəticə xüsusilə diqqətəlayiqdir.

6 tələbəmiz artıq Andersen şirkətində çalışır!

2024–2025-ci illərdə CodeStar Proqramlaşdırma Kursunun 6 tələbəsi Andersen kimi qlobal texnologiya şirkətinə qəbul olunub. Bu, həm ölkəmiz, həm də kursumuz üçün böyük qürur mənbəyidir.
Bu uğurların təməlində isə proqramlaşdırmanın əsasları, alqoritm və data struktur bilikləri dayanır.

İlk tələbəmiz Aqşin Əhmədli artıq Team Lead!

Uğur hekayəmiz isə Aqşin Əhmədli ilə başlayır. O, CodeStar-da təməl proqramlaşdırmanı öyrəndikdən sonra Andersen şirkətinə qəbul olunub və qısa zaman ərzində Team Lead vəzifəsinə qədər yüksəlib.

🎧 [https://www.youtube.com/watch?v=3jZJ4BuIsAo] — Bu podkastda Aqşinlə müsahibəmizə qulaq asa bilərsiniz. O, müsahibədə Andersen imtahanının əsas mərhələləriniCodeStar kursunun bu prosesə necə töhfə verdiyini ətraflı izah edir.

Andersen imtahanında nəyə üstünlük verilir?

Andersen şirkətinin seçim mərhələsində aşağıdakı mövzular əsas prioritet sayılır:

  • Təməl proqramlaşdırma bilikləri
  • Alqoritmlər və data strukturlar
  • Funksional proqramlaşdırma prinsipləri
  • OOP – Obyekt yönlü proqramlaşdırma

CodeStar kursumuzda bu modullar dərindən və praktiki şəkildə tədris olunur. Bu da tələbələrimizin imtahanlara hazır və güclü çıxmasını təmin edir.

Növbəti hədəf 10+ tələbə!

Hal-hazırda kursumuzun daha bir neçə tələbəsi Andersen şirkəti ilə imtahan mərhələsindədir. Biz inanırıq ki, yaxın aylarda 10-dan çox tələbəmiz bu uğura imza atacaq.
Bu isə göstərir ki, doğru yönləndirmə və keyfiyyətli təhsil ilə beynəlxalq IT karyerası artıq Azərbaycanda da mümkün və əlçatandır.