CodeStar metodu: Niyə əvvəlcə təməl, sonra texnologiya?
Proqramlaşdırma kursu axtaran çox insan “3 aya Frontend”, “1 ayda Python” kimi vədlərlə rastlaşır. Bu cür kurslarda isə tələbələr əsasən HTML, CSS və bir neçə hazır kod nümunəsini əzbərləyərək proqramçı olduqlarını düşünürlər. Amma nəticədə:
Motivasiya və inamlarını itirirlər
İş tapa bilmirlər
Kodun məntiqini anlamadan öyrənirlər
Müsahibədə çətinlik çəkirlər
CodeStar olaraq bu yanaşmanı kökündən dəyişdik.

kimi suallara cavab tapmağı öyrənir.
Biz inanırıq ki, əvvəlcə düşüncə tərzi, sonra texnologiya gələcəkdə dayanıqlı proqramçı olmaq üçün əsasdır. Məhz bu səbəbdən, CodeStar proqramlaşdırma kursu əvvəlcə təcrübəli proqramçıların istifadə etdiyi düşüncə üsullarını öyrədir.
Addım 1: Proqramlaşdırmanın təməlləri – Analitik düşüncə və kod məntiqi
CodeStar tədris metodologiyası ilə ilk mərhələdə aşağıdakı sahələr öyrədilir:
- C++ ilə proqramlaşdırma təməli
- Alqoritmlər və data strukturlar
- Analitik və tənqidi düşüncə
- Problem həll etmə bacarığı
- OOP – Obyekt yönlü proqramlaşdırma prinsipləri
Bu mərhələdə tələbə aşağıdakı suallara cavab tapa bilir:
- Bir problem necə analiz olunur?
- Həll üçün hansı alqoritm daha effektivdir?
- Sadə, oxunaqlı və performanslı kod necə yazılır?
Addım 2: Texnologiyaları anlayaraq öyrənmək
Təməli möhkəm olan tələbə artıq frontend texnologiyaları (HTML, CSS, JavaScript) və backend dilləri (Python, Java və s.) öyrənərkən:
- Bu texnologiyanın arxasında nə dayanır?
- Bu kod niyə belə işləyir?
- Müasir web tətbiqlərində bu texnologiyalar necə inteqrasiya olunur?
kimi sualları kopyala-yapışdır yox, anlayaraq cavablandırır. Beləliklə, tələbə real developer səviyyəsinə yüksəlir.
Nəticə: Real bacarıqlar və işə hazır proqramçılar
Əvvəl təməl, sonra texnologiya prinsipi ilə CodeStar artıq yüzlərlə tələbəyə proqramlaşdırmanı anlamaq, kodu sıfırdan yazmaq və iş tapmaq bacarığı qazandırıb.
Əgər sən də:
- Azərbaycanın ən güclü proqramlaşdırma kursunu axtarırsansa
- Real developer olmaq istəyirsənsə
- Təkcə öyrənmək yox, anlamaq və tətbiq etmək istəyirsənsə
o zaman CodeStar proqramlaşdırma kursu sənin üçün ideal başlanğıc nöqtəsidir.