Alqoritm nədir? Sadə izah

Alqoritm – bir problemi həll etmək üçün izlənilən addımlar sırasıdır. Yəni, məqsədə çatmaq üçün hansı işləri, necə və hansı ardıcıllıqla görəcəyini göstərən dəqiq plan.
Alqoritmə gündəlik həyat nümunəsi

Məsələn, səhər yeməyinə çay hazırlamaq da bir alqoritmdir:

  1. Su qaynadılır
  2. Çaydanın içinə çay qoyulur
  3. Qaynar su çayın üzərinə tökülür
  4. Bir neçə dəqiqə gözlənilir
  5. Çay süzülüb stəkana tökülür

Bu addımların ardıcıllığı alqoritmdir.


Proqramlaşdırmada alqoritm nə üçün lazımdır?

Proqramlaşdırmada alqoritm – problemi addım-addım həll edən təlimatlardır. Hər proqramın içində işləyən məhz alqoritmlərdir.

Məsələn, C++ dilində 1-dən 10-a qədər ədədləri çap edən alqoritm:

cpp

for(int i = 1; i <= 10; i++) {
cout << i << endl;
}

Bu kod 1-dən 10-a qədər ədədləri ekranda göstərir. Burada “1-dən 10-a qədər ədədləri çap et” addımı alqoritmin tərifi deməkdir.

alqoritm nədir

Alqoritm öyrənmək niyə vacibdir?

  • Problemi addım-addım həll etməyi öyrədir
  • Proqram yazarkən səhvləri azaldır
  • Daha yaxşı və sürətli proqramlar yazmağa kömək edir

Alqoritmlər yalnız proqramlaşdırmada deyil, həyatımızın hər sahəsində qarşımıza çıxır. Məsələn, gündəlik iş planını hazırlamaq, yemək resepti izləmək və ya məktəbə getmək üçün yol seçmək də alqoritmlərə misaldır. Hər biri müəyyən məqsədə çatmaq üçün addım-addım həyata keçirilən prosesdir.

Texnologiya dünyasında isə alqoritmlər məlumatları emal edir, qərarlar verir və sistemlərin düzgün işləməsini təmin edir. Məsələn, axtarış sistemləri istifadəçilərə ən uyğun nəticələri göstərmək üçün, sosial şəbəkələr isə dostlarının paylaşdıqlarını seçmək üçün mürəkkəb alqoritmlərdən istifadə edir. Buna görə də alqoritmik düşüncə hər kəs üçün faydalı bacarıqdır.


Alqoritm olimpiadaları (RFO) proqramlaşdırmada təməl bacarıqların sübutudur

Alqoritm olimpiadaları alqoritmik düşüncə, problem həll etmə bacarıqlarıtəcrübəli proqramlaşdırma bilikləri tələb edən prestijli müsabiqələrdir. Azərbaycanda və dünya miqyasında keçirilən bu olimpiadalar gənclərin proqramlaşdırmada alqoritm bacarıqlarını inkişaf etdirməsinə və real həyat problemlərini effektiv həll etməsinə şərait yaradır.

Olimpiadaların uğurlu iştirakçıları sübut edir ki, dərin alqoritm bilikləritəcrübə proqramçı kimi yüksəlmək üçün vacibdir. Bu səbəbdən, alqoritm öyrənmək və alqoritm olimpiadalarına hazırlaşmaq proqramlaşdırmada uğurun açarıdır.

Alqoritmləri necə öyrənə bilərəm?

Alqoritm proqramlaşdırmanın əsasıdır. Əgər proqramçı olmaq istəyirsinizsə, əvvəlcə alqoritmləri yaxşı başa düşməlisiniz.Texniki intervülarda da alqoritmlər qaçılmaz faktor olaraq qalır. Ona görə də CodeStar Academy olaraq ilk növbədə təməl proqramlaşdırma kursumuzu bitirməyi məsləhət görürük. Bu kursda LeetCode, HackerRank kimi platformaların seçilmiş mövzularını işləyəcəksən.
Əlavə suallar olarsa bizə yaza bilərsiniz.
Whatsapp : 077-352-0100