Fundamental Proqramlaşdırma nədir və niyə vacibdir?

Fundamental proqramlaşdırma — proqramlaşdırma öyrənmək istəyən hər kəsin keçməli olduğu ilk və ən vacib mərhələdir. Bu mərhələ, yalnız bir proqramlaşdırma dilini deyil, düşünmə tərzini, alqoritmik bacarıqları və məntiqi əsasları öyrətməyə yönəlib.

Bugünkü texnoloji dünyada bir çox kurslar “3 aya proqramçı ol”, “1 ayda Frontend” kimi tez nəticə vəd edir. Amma belə yanaşmalarda tələbələr əsasları öyrənmədən texnologiya öyrənməyə başlayır. Bu isə uzunmüddətli uğur üçün təhlükəlidir. Fundamental proqramlaşdırma isə bu boşluğu doldurur.


Proqramlaşdırmanın Fundamenti nələri əhatə edir?

Fundamental proqramlaşdırma tədrisində adətən aşağıdakı mövzulara fokuslanılır:

  • Alqoritmlər və onların quruluşu
  • Data strukturlar (massiv, linked list, stack, queue və s.)
  • Şərt operatorları (if/else), döngülər (for, while)
  • Funksiyalar və modular proqramlaşdırma
  • Objektyönlü proqramlaşdırmaya giriş (OOP əsasları)
  • Məntiq və problem həll etmə bacarıqları

Bu mövzular C++, Python və ya Java kimi dillər üzərindən öyrədilə bilər. Məqsəd dil öyrətmək deyil, düşüncə tərzini formalaşdırmaqdır.


Fundamental proqramlaşdırmanın üstünlükləri

  • Yeni texnologiyaları öyrənmək asanlaşır
  • Müsahibələrdə (interview) alqoritm suallarına cavab vermək rahat olur
  • Real proqram problemlərini daha tez və effektiv həll edə bilirsən
  • Təkcə frontend və ya backend yox, ümumi IT bazarını anlamağa kömək edir

Bu səbəbdən, CodeStar kimi proqramlaşdırma kurslarında fundamental mərhələ olmadan texnologiya öyrədilmir. Əvvəlcə təməl, sonra istiqamət – bu model tələbənin dayanıqlı inkişafını təmin edir.


Bizimlə əlaqə

Əgər sən də proqramlaşdırmanı sadəcə öyrənmək yox, anlamaq və real bacarıqlarla işləmək istəyirsənsə, yolun fundamental proqramlaşdırmadan keçir. Bu mərhələni keçən hər kəs gələcəkdə texnologiya sahəsində daha tez inkişaf edir və iş tapmaqda digərlərindən fərqlənir.

Bizə aşağıda qeyd olunan nörmə ilə yaza və ya zəng edə bilərsiniz.
Tel: 077-352-0100