Süni İntellekt (AI) Nədir? Necə İşləyir? 2026

Süni intellekt insan düşüncəsini və qərarvermə qabiliyyətini təqlid edən texnologiyadır. Bu yazıda AI-in yəni süni intellektin necə işlədiyini, günlük həyatda hansı sahələrdə istifadə olunduğunu və gələcəyin əsas texnoloji istiqamətlərindən biri olmasının səbəblərindən danışacayıq.
Süni İntellekt Nədir?
Süni intellekt, insan beyninin düşünmə, öyrənmə və qərar vermə bacarıqını komputerlərə izah etmək və öyrətmək deməkdir. Yəni, bir növ “ağlı olan” texnologiyadan söhbət gedir.
Məsələn, telefonda “Hey Siri” deyəndə Siri sənə cavab verir, YouTube sənə bəyəndiyin növdə videoları təklif edir, Google Maps sənin gedəcəyin yeri əvvəlcədən təxmin edə bilir bunların hamısı süni intellektin işləridir.
Süni intellekt insan kimi düşünə bilmir, amma verilənləri analiz edə, ondan nəticələr çıxara bilir, və öyrənir. Hər dəfəsində daha ağıllı olur, necə ki, biz səhv etdikcə təcrübə qazanırıq, AI da eyni şəkildə təcrübə etdikcə qazanır.

Hazırda iki əsas növ süni intellekt var:
Tətbiq olunan süni intellekt (Applied AI) – Burada məqsəd maşının xüsusi bir tapşırığı insan düşüncəsinə yaxın şəkildə yerinə yetirməsidir. Məsələn, səs tanıma, şəkil tanıma və ya avtomatik tərcümə sistemləri bu kateqoriyaya daxildir.
Ümumiləşdirilmiş süni intellekt (Generalized AI) – Bu, maşının istənilən işi əvvəldən proqramlaşdırılmadan, insan kimi yerinə yetirməsi deməkdir. Bu səviyyə hələ geniş miqyasda reallaşmayıb, amma IBM Watson kimi qabaqcıl platformalar bunun üzərində çalışır.
AI (Artificial Intelligence) nədir?
“Artificial Intelligence” sadəcə “süni intellekt”in ingilis dilində adıdır. Yəni, hər dəfə “AI” dedikdə süni intellektdən danışırıq.
AI sistemləri böyük miqdarda datanı analiz edir, uyğun nümunələr tapır və qərarlar verir.
Məsələn:
- Netflix sənin keçmiş tarixçənə baxaraq hansı filmi və ya serialı bəyənəcəyini təxmin edir.
- Spotify da eyni şəkildə sənin dinlədiyin musiqilərə baxaraq, sənin bəyənə biləcəyin təkliflər verə bilir.
- Google axtarış zamanı nəyə ehtiyacın olduğunu proqnozlaşdıra bilir, və sənə təkliflər verə bilir.
- ChatGPT sənin yazdıqlarını anlamağa çalışır və buna uyğun olaraq cavab verir.
Süni intellektin əsas gücü öyrənmə qabiliyyətindədir. Nə qədər çox məlumat görürsə, bir o qədər də dəqiq olur.
Süni İntellekt alətləri hansılardır?
Süni intellekt alətləri həyatımızın ayrılmaz hissəsinə çevrilib. İşdə, həm təhsildə, həm də günlük həyatda bu süni intellekt alətləri bizə vaxt qazandırır, məhsuldarlığı artırır və yaradıcı düşünməyi asanlaşdırır. Bu alətlərdə aşağıda bəzilərini sizinlə bölüşürük:
– ChatGPT və digər dil modelləri
ChatGPT, Claude, Gemini kimi AI alətləri insan dilini anlayaraq suallara cavab verir, yazılar yazır, kod yazır və tərcümə edir. Bu tip dil modelləri həm fərdi istifadəçilər, həm də bizneslər üçün çox faydalıdır. Məsələn, marketinq məzmunu hazırlamaq, e-mail yazmaq və ya müştəri dəstəyi prosesini avtomatlaşdırmaq üçün bu alətlərdən yararlanmaq mümkündür.
– Midjourney və DALL·E
Əgər vizual yaratmaq istəyirsənsə, Midjourney, DALL·E və Canva Magic Studio kimi AI əsaslı dizayn alətləri sənin üçün idealdır. Sadəcə bir cümləlik təsvir yazırsan və sistem sənin üçün şəkil, afişa, hətta brend loqosu yaradır. Artıq dizayner olmasan belə, yaradıcı işlər görmək mümkündür.
– Leonardo AI və Runway
Video və şəkil montajı ilə məşğul olanlar üçün Leonardo AI və Runway süni intellektlə işləyən platformalarıdır. Bu alətlər videoda fon dəyişə, animasiyalar qura və real effektlər əlavə edə bilir.
– Code Interpreter və Copilot
Proqramçılar üçün süni intellekt alətləri artıq bir növ köməkçiyə çevrilib. GitHub Copilot, ChatGPT Code Interpreter kimi vasitələr kod yazmağı asanlaşdırır, səhvləri aşkarlayır və daha səmərəli işləməyə kömək edir.
– Data və Analitika üçün Süni İntellekt
Tableau AI, Power BI Copilot, Google AutoML və DataRobot kimi alətlər məlumatların təhlili və proqnozlaşdırılması üçün istifadə olunur. Bu sistemlər şirkətlərə daha ağıllı qərarlar qəbul etməyə, bazar tendensiyalarını təxmin etməyə və riskləri öncədən görməyə imkan verir.
Süni intellekt və Machine learning arasındakı fərq
Əksər insanlar süni intellekt və maşın öyrənməsi anlayışlarını qarışdırır. Əslində maşın öyrənməsi (Machine Learning) süni intellektin daxilində olan bir bölmədi.
asan bir nümunə gətirək:
- Süni intellekt – beynin özüdür,
- Machine Learning isə – beynin öyrənmə hissəsidir.
Süni intellekt deyəndə biz kompüterin düşünüb qərar verməyini nəzərdə tuturuq.
Machine Learning nə edir bəs? Machine learning verilənləri analiz edir və o verilənlərdən nəsə öyrənən sistemlərdir.
Nümunə:
- AI deyəndə, “Siri” sənin səsini tanıyır və cavab verir.
- ML isə Siri-nin sənə verəcəyi cavabı necə təkmilləşdirdiyini və səni daha yaxşı başa düşməyi öyrənməsidir.
Başqa bir sözlə desək, AI bütün ağıl sistemidir, ML isə onun öyrənmə bacarığıdır.
Süni intellekt sahəsində karyera necə qurulur
Süni İntellekt gələcəyin ən perspektivli peşələrindən biridir. Amma bu sahədə uğurlu olmaq üçün də addım-addım getmək lazımdır.
1. Təməlləri öyrən
Riyaziyyat, ehtimal, statistika, təməl proqramlaşdırma və proqramlaşdırma (xüsusilə Python) bu işin bazasıdır.
2. Real layihələr üzərində işlə
Öyrənməyə başlanılan zaman təkcə nəzəri biliklərlə kifayətlənməmək lazımdır, praktik işlərlə də məşqul olmaq lazımdır.
3. Onlayn kurslardan öyrən
Coursera, Udemy, edX kimi kurs platformalarında “AI for Everyone”, “Machine Learning”, “Deep Learning” kimi məşhur kurslar var.
Həmçinin bizim hazırda hybrid formada tədris olunan Süni İntellekt kursu və Machine Learning kursumuza qoşularaq öyrənməyə başlaya bilərsən
4. Portfel hazırla
Bacardığınız qədər öz kiçik layihələrinizi qurmağa çalışın və bu layihələri GitHub-a yerləşdirməyə çalışın. Çünki, işləmək istəyəcəyiniz yerlər sizin işinizi görmək istəyəcəklər və belə portfel qurmağınız sizi daim irəli çəkəcəkdir.
5. Daim yeni biliklər öyrən
Bu sahə elə bir sahədir ki, hər şey çox sürətlə dəyişir. Yeni modellər, yeni texnologiyalar ortaya çıxır. Bu modelləri və alətləri öyrənmək də çox vacibdir. Bu səbəbdən daim yenilikləri öyrənib tətbiq etməyə açıq olmalısan.
Səbirli olun və hər şeyə maraqlı olun, əgər belə olsanız süni intellekt sizəə yuxarı maaşlı iş verə və karyeranızda sizi daha çox irəli apara biləcəkdir.
Süni intellekt tədrisi Azərbaycanda
Son illərdə Azərbaycanda süni intellekt tədrisi də sürətlə populyarlaşır. Həm universitetlərdə həm də tədris mərkəzlərində uyğun təlimlər təklif olunur
Artıq Bakı Dövlət Universiteti (BDU) və UNEC kimi ali məktəblərdə kompüter elmləri və data analitikası üzrə süni intellekt dərsləri tədris olunur.
CodeStar-da da Süni İntellekt , Data Science və Machine Learning üzrə onlayn və oflayn formada dərslər tədris olunur. Dərslər haqqında daha ətraflı məlumat almaq üçün keçid edib tədris proqramları ilə tanış ola bilərsiniz. Həmçinin hal-hazırda davam edən təqaüd proqramımıza müraciət edərək, 70%-dək endirim qazanaraq kursa qoşula bilərsiniz.
Ən çox verilən suallar
Süni intellekt bu gün səhiyyə, təhsil, maliyyə, marketinq, istehsal, nəqliyyat sahələrində geniş istifadə olunur məsələn, səsli asistantlar, chatbotlar və s.
Tamamilə yox. Süni intellekt bəzi rutin işləri avtomatlaşdıracaq, amma eyni zamanda yeni peşələr yaradacaq. Əsas məqsəd insanları tam əvəz etmək deyil, onların işini asanlaşdırmaqdır.
Süni intellektin təhlükəsi onun nəzarətsiz və məqsədsiz istifadəsindədir. Əgər etik qaydalar qorunarsa, AI çox faydalıdır. Ancaq yanlış məlumatlarla və ya səhv proqramlaşdırma ilə risklər yarana bilər.
Əsasən riyaziyyat, statistika, proqramlaşdırma (Python, R), məlumat elmi və alqoritmlər sahəsində baza bilikləri lazımdır. Daha sonra maşın öyrənməsi və dərin öyrənmə texnologiyaları öyrənilir.
AI bizneslərə məlumat analizini avtomatlaşdırmağa, satış proqnozlarını daha dəqiq etməyə, müştəri davranışını izləməyə və daha ağıllı marketinq strategiyaları qurmağa imkan verir.